Milli Məclisin deputatları səfərə yollandılar
Milli Məclisin bir sıra deputatları səfərə yollanıblar. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkilləri Xanlar Fətiyev, Siyavuş Novruzov və Rauf Əliyev Berlində fəaliyyət göstərən "Azərbaycan Evi" Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 25-dən martın 2-dək Almaniyada səfərdə olacaqlar.
Deputatlarımız mərasimdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verəcəklər.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər Badamov və Rüfət Quliyev fevralın 27-dən martın 2-dək Tacikistana səfər edəcəklər.
Deputatlarımız ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün MDB Parlament Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə paytaxt Düşənbənin bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, yeni seçki texnologiyalarının tətbiqi ilə maraqlanacaqlar.
Mediainfo.az