Dağıstanda atışma zamanı 2 terrorçu, 1 polis öldü
Rusiyanın Dağıstan respublikasında polis postuna silahlı hücum təşkil olunub. İnterfax-ın yerli hüquq mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, atışma bu gün yerli vaxtla saat 01:30 radələrində Xasavyurd rayonunun Sulivkənd kəndində qeydə alınıb.
Yoxlanış üçün saxlanılan maşından 3 silahlı düşüb və polislərə atəş açmağa başlayıb. Nəticədə 1 polis əməkdaşı öldürülüb, digəri yaralanıb. Terrorçulardan 2-si öldürülüb, biri isə hadisə yerindən uzaqlaşa bilib.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər