Ali Kan: "Xocalı soyqırımının Türkiyədə daha çox işıqlandırılmasına ehtiyac var"

Ali Kan: "Xocalı soyqırımının Türkiyədə daha çox işıqlandırılmasına ehtiyac var"

17 Fevral 2015 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Doğan Haber Ajansının (DHA) jurnalisti Ali Kan Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Türkiyənin bir sıra şəhərlərində keçiriləcək anma tədbirlərində iştirak edəcək.

Bu haqda AZXEBER.COM-a açıqlama verən jurnalist deyib ki, o qardaş ölkə olan Azərbaycanın acısını öz acısı kimi yaşayır: "Xocalıda azərbaycanlı qardaşlarımızın başına gətirilən müsibətlər bizi də ən az sizin qədər narahat edir və orada öldürülən insanların acısını paylaşırıq. Həm də ilk növbədə bir vətəndaş və jurnalist kimi Türkiyədə keçiriləcək bu tədbirlə iştirak edəcəm və xəbəri bütün Türkiyə toplumuna çatdırmağa çalışacam".

Ali Kan deyib ki, Xocalı ilə bağlı tədbirlərə Azərbaycanda fəaliyyət göstərən şirkətlər də dəstək olacaq: "Tekfen" ve "Sultans Restoranı" bu hadisəyə biganə qalmadı və tədbirlərə dəstək oldu. Fürsətdən istifadə edib onlara da təşəkkür edirəm.

Mediainfo.az