Lənkəranda maşın yandı

Lənkəranda maşın yandı

16 Fevral 2015 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda yanğın hadisəsi baş verib.

FHN-nin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən Apa-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Digah kəndi ərazisində qeydə alınıb.

Rayonun Vilvan kənd sakini, 1978-ci il təvəllüdlü Ülviyyə Şirzad qızı Davudovanın idarə etdiyi "Mercedes" markalı, 90 HH 821 dövlət nömrə nişanlı minik avtomobili qəfildən yanıb. Hadisə yerinə dərhal iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, minik avtomobilinin salonu yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az