
Avropa Birliyi Rusiyaya qarşı “qara siyahı”nı artırdı
Avropa Birliyi Rusiya vətəndaşlarının daxil olduğu "qara siyahı"nı artıraraq daha 19 fiziki və 9 hüquqi şəxsi əlavə edib. ТАСС-ın məlumatına görə, siyahıya Rusiya Müdafiə Nazirinin müavini Anatoliy Antonov, Dövlət Dumasının deputatı İosif Kobzon, Rusiya Kommunist partiyası Moskva şöbəsinin rəhbəri deputat Valeriy Raşkin və digər 2 rusiyalı daxil edilib. Həmin şəxslərin Avropa Birliyi məkanına daxil olması qadağan edilib, həmçinin Avropa banklarındakı hesabları dondurulacaq.
Siyahıda Ukraynanın işğal altında olan ərazilərinin 14 vətəndaşının və Donetsk, Luqanskda fəaliyyət göstərən 9 silahlı dəstənin üzvlərinin adları da var.
Mediainfo.az
Digər xəbərlər