
Misir İŞİD-dən qisasını aldı
Misirin Hərbi Hava Qüvvələri İŞİD-in nəzarətində olan Liviya ərazilərini havadan atəşə tutub. Misir dövlət televiziyasının yaydığı məlumata görə, bu əməliyyat Aralıq dənizi sahillərində (Liviya ərazisi) 21 misirli xaçpərəstin başının kəsilməsinə cavab olaraq həyata keçirilib. Belə ki, misirlilərin qətlindən sonra ölkə prezidenti Abdel Fəttah əs Sisi Misirdə 7 günlük matəm elan etmişdi və televiziya ilə çıxışı zamanı həmvətənlərinin qisasını alacağını vəd etmişdi
Qeyd edək ki, aviazərbələrdən sonra radikallar arasında itkilər barədə dəqiq məlumat əldə olunmayıb.
Mediainfo.az
Digər xəbərlər