1000 qutu siqaret müsadirə olunub

1000 qutu siqaret müsadirə olunub

13 Fevral 2015 17:52
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva-Lənkəran aviareysilə gələn Azərbaycan vətəndaşı Afətdin Dadaşova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb. Dövlət Gömrük Komitəsi saytının verdiyi məlumata görə, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında A.Dadaşov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirilib.

Mediainfo.az