Daha bir avtobus sürücüsü həbs edildi

Daha bir avtobus sürücüsü həbs edildi

13 Fevral 2015 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Prokurorluğu və Bakışəhər Baş Polis İdarəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü haqqında məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, fevralın 12-də saat 20 radələrində rayonun Sabunçu qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada - 1972-ci il təvəllüdlü Həsənov Mahir Qılıncxan oğlunu vurub, hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "İSUZU" markalı 90-RJ-463 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü 1963-cü il təvəllüdlü Səmədov Yusif Əsgər oğlu tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az