Kabildə mehmanxanaya hücum edən silahlılar zərərsizləşdirilib

Kabildə mehmanxanaya hücum edən silahlılar zərərsizləşdirilib

29 İyun 2011 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın paytaxtı Kabildə Taliban döyüşçülərinin əsasən xarici vətəndaşlar və yüksək rütbəli məmurların qaldığı "İnterkontinental" mehmanxanasına hücumu nəticəsində azı 12 dinc sakin ölüb. 3 polis əməkdaşı və 6 dinc sakin isə yaralanıb. Yaxşı silahlanmış 5 kamikadze və 6 döyüşçünün hücumu zamanı mehmanxanada 70-dək əyalət məmuru olub. Onlar 2014-cü ilədək ölkənin bir çox rayonlarında təhlükəsizliyə nəzarət üzrə məsuliyyətin təhvili ilə bağlı konfransda iştirak edirlərmiş. Təhlükəsizlik qüvvələri dərhal döyüşçülərə qarşı əməliyyata başlayıb. Gecə saatlarınadək davam edən əməliyyata NATO vertolyotları və Amerika hərbçiləri də cəlb olunub. Silahlı şəxslər binanın damında sıxışdırılıb. Onlardan bəziləri özlərini partladıb. 4 güclü partlayış baş verib. 5 saatlıq əməliyyatda bütün silahlı şəxslər zərərsizləşdirilib.

Terrorçular öldürülsə də, terror ölmür.

Tofiq Əliyev

O.M.