11 il həbs alan Xırdanın türk əri: "Ərdoğanın qəbuluna gedəcəm"

11 il həbs alan Xırdanın türk əri: "Ərdoğanın qəbuluna gedəcəm"

11 Fevral 2015 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

İki aylıq körpəni oğurlayaraq 11 il həbsə məhkum olunan Xırda Babayevanın həyat yoldaşı, Türkiyə vətəndaşı Çətin bəy xanımına verilən cəza ilə razılaşmayıb. Lent.az-a danışan Çətin bəy Apellyasiya Məhkəməsinə şikayət edəcəyi bildirib. "Bu qərarı düzgün hesab etmirik. Bütün yuxarı instansiya məhkəmələrinə şikayət edəcəm. Hal-hazırda bizim rəsmi nikahımız yoxdur. Bununla da bağlı müraciət edəcəm. Türkiyənin Azərbaycandakı səfirliyinə məlumat verərəcəm. Alınsa, Rəcəb Təyyib Ərdoğanın da qəbuluna düşüb yardım istəyəcəm".

Çətin bəy Xırda Babayeva ilə bağlı açıqlama verib: "Onunla evlənmək istəyəndə, ailəsi razı olmadı. Amma o, məni seçdi. Xırdanın anası seyiddir. Rəsmi nikahımız olmamasına səbəb də evlərinin Xırdanın adına olmasıdır. Bizim çox uşağımız olub, amma sağ qalmayıb. Özünüz də görürsünüz, o qız bizim başımıza nə oyun açır. Allah göydən baxır, nə vaxtsa onun cəzasını verəcək. Bütün televiziyalara gedib, bununla bağlı hamıya həqiqəti başa salmağa çalışacam. Bizim niyyətimiz o uşağı böyüdüb, sosial təminatlarını ödəmək idi".

Mediainfo.az