BVF-nin rəhbəri ilk dəfə qadın oldu

BVF-nin rəhbəri ilk dəfə qadın oldu

29 İyun 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
Fransanın İqtisadiyyat naziri meksikalı rəqibini xeyli geridə qoydu

Fransanın İqtisadiyyat naziri Kristin Laqard çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun yeni icraçı direktoru təyin edildi. Bu barədə məlumatı Fondun idarə heyətinin üzvlərinə istinadən Reuters xəbər agentliyi yaydı. Xatırladaq ki, Laqard Fondun ilk qadın rəhbəridir. O, uzun illər bu vəzifədə çalışmış, sonradan adı cinsi təcavüz qalmaqalına qarışmış həmyerlisi Dominik Stross Kanı əvəz etdi. Xanım Laqardın icraçı direktor seçilmək şansları böyük idi. Belə ki, onun namizədliyinə ABŞ, Rusiya və Çin kimi nəhəng dövlətlər dəstək verirdilər. Seçkilərdə Kristin Laqardın yeganə opponenti Meksika Mərkəzi bankının rəhbəri Aqustin Karstens oldu. Meksikalı namizədə öz növbəsində Avstraliya və Kanada dəstək verdilər. Ehtimallara görə, qərar iki mərhələdə verilməli idi. Lakin fransalı namizədin həddən artıq çox səs toplaması nəticəni labüd etdi.

Fransalı namizədin qeyd-şərtsiz seçilməsi məşhur fransızsayağı pozanı xatırladır. Mədəni dildə desək, əl əli yuyar, əl də üzü...

Hafiz Əhmədov

O.M.