Ukraynaya yeni baş prokuror təyin olunub
Ukrayna Ali Radası Viktor Şokinin baş prokuror təyin olunması haqqında prezidentin təqdimatını dəstəkləyib. Apa-nın "112.ua" saytına istinadən yaydığı xəbərə görə, təqdimatın lehinə 318 deputat səs verib. Bundan əvvəl isə Rada Vitali Yaremanın baş prokuror vəzifəsində istefasını qəbul edib.
62 yaşlı Viktor Şokin bundan əvvəl Baş Prokurorluğun Cinayət işlərinə nəzarət üzrə Baş İdarəsinin rəisi, baş prokurorun müavini vəzifəsini tuturdu.
Mediainfo.az
Digər xəbərlər