11 yaşlı məktəbli qız qəza qurbanı oldu
Bakıda məktəbli qızı maşın vurub.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Baksol yolunda qeydə alınıb. Naməlum avtomobil 11 yaşlı Zinyət Feyzullayevanı vuraraq hadisə yerindən qaçıb. Z. Feyzullayeva aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Polisdən həmçinin bildirilib ki, Z. Feyzullayeva orta məktəb şagirdi olub. Hazırda polis hadisəni törədən sürücünün tutulması istiqamətində axtarışları davam etdirir.
Mediainfo.az
Digər xəbərlər