Beynəlxalq erməni lobbisi bu il Çanaqqala döyüşlərinin qeyd olunması mərasiminə mane olacaq

Beynəlxalq erməni lobbisi bu il Çanaqqala döyüşlərinin qeyd olunması mərasiminə mane olacaq

7 Fevral 2015 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq erməni lobbisi bu il Çanaqqala döyüşlərinin qeyd olunması mərasiminə mane olacaq. Ermənistanın Tert.am saytının məlumatına görə, bu il 24 aprel tarixinə planlaşdırılan tarixi Çanaqqala döyüşünün 100 illik yubileyi "erməni soyqırımının" 100 illik yubileyi ilə üst-üstə düşür. Bununla bağlı ümumdünya erməni lobbisi hərəkətə keçib. Ermənilər tədbirin yüksək səviyyədə keçirilməməsi üçün beynəlxalq müstəvidə Türkiyəyə təzyiqlər etməyə başlayıblar. Onların məqsədi tədbirdə yüksək rütbəli qonaqların iştirak etməməsinə nail olmaqdır.

Məlumatda om da bildirilir ki, bu səbəbdən hələlik rəsmi Ankara "Çanqqala yubileyində" iştirak edəcək nüfuzlu qonaqların siyahısını məxfi saxlayır və son anda açıqlamağa hazırlaşır.

Mediainfo.az