Rusiyada 3,4 mln. miqrant imtahan verməli olacaq
Rusiyada 3,4 mln. miqrant imtahan verməli olacaq. 2015-ci ildə Rusiya Federasiyasının Miqrasiya Xidməti əcnəbi miqrantlar arasında rus dili, tarix və qanunvericilik fənləri üzrə imtahan keçirəcək. RİA Novosti-nin məlumatına görə, 1.5 mln. miqrant imtahana qədər müxtəlif kurslardan faydalana biləcək. Artıq ölkə ərazisində fəaliyyətə başlayan 334 kurs təmənnasız şəkildə əcnəbilərin ixtiyarına verilib. Onlardan 108-i Rusiya Federal Miqrasiya Xidmətinin binalarında fəaliyyət göstərir.
Mediainfo.az
Digər xəbərlər