
Türkiyədə yanacaq-doldurma məntəqəsi yaxınlığında partlayış
Türkiyənin Hakkari vilayətinin Yüksəkova bölgəsində partlayış baş verib. Yol kənarında qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 polis əməkdaşı yaralanıb. Partlayış yanacaq-doldurma məntəqəsinin yaxınlığında baş verib. Xoşbəxtlikdən daha güclü partlayışlar meydana gəlməyib. Partlayışın təsiri ilə yaxınlıqdakı binalara ziyan dəyib.
Terror öldürür, amma ölmür.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər