Bayram Kürdəxanılı azadlığa buraxıldı

Bayram Kürdəxanılı azadlığa buraxıldı

3 Fevral 2015 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Meyxanaçı 1 il müddətinə azadlıqdan məhrum edilmişdi

Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb. Məlumata görə, meyxanaçı dünən azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilimişdi.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, "Nilufər" şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Mediainfo.az