
Bakıda ağır qəza
Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Yardımlı rayon sakini Kənan Baloğlanlının idarə etdiyi "VAZ-21060" və Lənkəran rayon sakini Mehman Rzayevin idarə etdiyi "DAF" markalı avtomobillər toqquşub.
Kənan Baloğlanlı və sərnişinləri - Bakı şəhər sakinləri Zahir Şirinov və Əvəzxan Abdullayev xəstəxanaya yerləşdirilib, Zahir Şirinov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər