Fəhlə fəhləni bıçaqladı

Fəhlə fəhləni bıçaqladı

30 Yanvar 2015 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvanda "Qarasu Oyl" şirkətinin fəhləsi digər fəhləni bıçaqlayıb.

Şirvan Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Şirvan şəhərində yerləşən "Qarasu Oyl" şirkətinin inzibati binasının yaxınlığında baş verib.

İki fəhlə arasında şəxsi zəmində yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Adıçəkilən şirkətdə bağban işləyən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Hüseynov Şamil Adil oğlu həmyerlisini, eyni şirkətdə avtoyuycu işləyən 1991-ci il təvəllüdlü Salmanov Kamran Adil oğlunu bıçaqla vurub. Sonuncu döş qəfəsinin və sağ bazunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az