Məsciddə bomba partladı

Məsciddə bomba partladı

30 Yanvar 2015 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Sind əyalətində şiələrə aid məsciddə cümə namazı zamanı terror aktı törədilib.

Məlumata görə, azı 20 nəfərin öldüyü bildirilir. Pakistan polisi məlumat verərək bildirib ki, məsciddə təxminən 300 adam namaz qılarkən əvvəlcədən içəriyə qoyulmuş bomba partlayıb. Partlayış nəticəsində məscidin damı uçub.

İlkin məlumata görə, 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Pakistan prezidenti Menün Hüseyn, baş nazir Nəvaz Şərif hücumu pisləyib.

Mediainfo.az