Kəmaləddin Heydərov cəbhə bölgəsində

Kəmaləddin Heydərov cəbhə bölgəsində

30 Yanvar 2015 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 30-da Horadiz şəhərində bu bölgədən olan vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

Mediainfo.az