Rəis müavini vəzifəsindən qovuldu

Rəis müavini vəzifəsindən qovuldu

30 Yanvar 2015 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda rəis müavini işdən çıxarılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəis müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb. Daxili İşlər Nazirliyi (DİN) və Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimi B.Əliyev vəzifəsindən çıxarılıb.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib. Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.

DİN-in mətbuat xidməti B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.

Mediainfo.az