Zəfər Quliyev bu gün Bülbülədə dəfn olunacaq (FOTO)

Zəfər Quliyev bu gün Bülbülədə dəfn olunacaq (FOTO)

30 Yanvar 2015 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, rusdilli "Minval.az" saytının eksperti Zəfər Quliyevin cənazəsi Gürcüstanın paytaxtı Tiflisdən Bakıya gətirilib. Bu barədə məlumatı mərhum politoloqun oğlu İlkin Zəfərli verib. Zəfər Quliyevin nəşi birbaşa "Göy məscid"ə aparılıb.

Zəfər Quliyevlə vida mərasimi "Gənclik" metrostansiyası yaxınlığındakı evində (Akademik Həsən Əliyev 92c) olacaq. Ev "Konsul oteli" ilə eyni həyətdədir. Dəfn mərasimi bu gün (30 yanvar) Bülbülə kəndinin Bakıxanov qəsəbəsi istiqamətindəki məzarlığında olacaq.

Xatırladaq ki, ürək damarlarında tıxanıqlıqdan əziyyət çəkən Zəfər Quliyev müalicə üçün getdiyi Tiflisdə ötən gün dünyasını dəyişib.

62 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biri idi.

Allah rəhmət eləsin!