Fevralın 2-də “Gənclik veloyürüşü” təşkil olunur

Fevralın 2-də “Gənclik veloyürüşü” təşkil olunur

30 Yanvar 2015 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

2 fevral Ümumrespublika Gənclər günüdür. Bu gün 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

"İrəli" İctimai Birliyindən Mediainfo.az-a verilən məlumata görə, 2 fevral Ümumrespublika Gənclər günü münasibətiylə "İRƏLİ" İctimai Birliyi, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyi, Bakı 2015 Avropa Oyunları, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Dövlət Bayrağı Meydanı təşkilatçılığı altında "Gənclik veloyürüşü" həyata keçiriləcək.

Veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanmasıdır.

Eyni zamanda Veloyürüşün Bakı 2015 Avropa Oyunlarının mühüm tərkib hissəsi olduğunu nəzərə alaraq, gənclər arasında bu idman növünün təbliği böyük əhəmiyyət kəsb edir.

"Gənclik Veloyürüşü"nün başlanğıc nöqtəsi Dövlət Bayraq meydanı, yürüşün bitmə nöqtəsi isə Azadlıq Meydanıdır.

Veloyürüşə qatılmaq istəyən şəxslər aşağıdakı event-ə daxil olub qeydiyyatdan keçə bilərlər.

https://www.facebook.com/events/1611619645736691/

Mediainfo.az