Erməni əsgər öldürülməmişdən öncə zorlanıbmış

Erməni əsgər öldürülməmişdən öncə zorlanıbmış

30 Yanvar 2015 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

İstintaq erməni əsgər Haykaz Barseqyanın bir qrup əsgər yoldaşı tərəfindən öldürüldüyünü müəyyən edib. Daha öncə İrəvandakı təlim hərbi hissələrinin birinin idman meydançasında ölü tapılmış Barseqyanın intihar etdiyi düşünülürdü. O, turnikdən asılmış vəziyyətdə aşkar edilmişdi.

İstintaq komitəsinin məlumatında bildirilir ki, meyit 06:35-də aşkar edilib. Hadisə yerinə gəlmiş müstəntiqlər əldə edilmiş materiallar əsasında anlayıblar ki, bu intihar deyil və bir qrup şəxs tərəfindən həyata keçirilmiş qətldir.

Müstəntiqləri detalları açıqlamasalar da, əsgərin seksual zorakılığa məruz qalması, daha sonra izi itirmək üçün öldürülməsi də cinayət ehtimalları sırasındadır.

Hələ ki, hadisə ilə bağlı həbs olunan yoxdur. Amma əsgərin üzərindən tapılmış qalıqlar (saç, sperma və s.) DNT analizindən keçirildikdən sonra nəticələr ilk növbədə Haykaz Barseqyanın əsgər yoldaşlarınınkı ilə tutuşdurulacaq.

Qeyd edək ki, Ermənistan ordusunda bu cür cəza üsülü geniş yayılıb. Keçən il Azərbaycanın işğal edilmiş ərazilərində üç erməni əsgər bir əsgəri bu cür cəzalandırmaq istəyəndə atışma düşmüşdü və üç nəfər ölmüşdü. Vardenis (Basarkeçər) rayonun Zod kəndində yerləşən hərbi hissənin komandiri onun işini yoxlamağa gələn milli təhlükəsizlik işçisini zorlamışdı.

Orududa bu cür əməllər üzündən Ermənistanda homoseksuallıq kişilər arasında 8 faizdir. Bu Hollandiya (3%) kimi ölkələrlə müqayisədə xeyli yüksək göstəricidir.