Lənkəranda iki avtomobil toqquşdu

Lənkəranda iki avtomobil toqquşdu

28 İyun 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran -Boradigah yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Saatlı rayonunun Novruzlu kənd sakini, 32 yaşlı Mais Fazil oğlu İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil qarşıda hərəkət edən Lənkəran şəhər sakini 46 yaşlı Şahin Asif oğlu Axundovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb. İdarəetməni itirərən "VAZ-2107"nin sürücüsü hərəkəti tənzimləyə bilmədiyindən yoldan çıxaraq ağaca çırpılıb və çayın kənarına yuvarlanıb. Hadisə nəticəsində "VAZ- 2107" markalı avtomobilin sürücüsü ilə yanaşı maşında olan sərnişin Lənkəran rayon Gərmətük kənd sakini Malik Baldadaş oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti orta ağırdır. Hadisə şahidlərinin bildirdiyinə görə, baş verən avtoqəza "VAZ-2107"nin sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi və yol hərəkət qaydalarını kobud sürətdə pozması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.