Misirdə qəzet redaksiyasına hücum olub, 6 nəfər öldürülüb

Misirdə qəzet redaksiyasına hücum olub, 6 nəfər öldürülüb

30 Yanvar 2015 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Sinay yarımadasında naməlum silahlı şəxslər Misirin "Əl Ahram" dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirib.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters" məlumat yayıb. Məlumata görə, insident Şimali Sinay əyalətinin paytaxtı Əl Əriş şəhərində baş verib. Hücumun yerli radikal dini qruplaşmalarından birinin üzvləri tərəfindən törədildiyi ehtimal edilir.

Mediainfo.az