Məhkəmə təxirə salındı

Məhkəmə təxirə salındı

29 Yanvar 2015 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Hakimlər "AMAY"ın həbsdə olan rəhbəri və digərləri ilə bağlı cinayət işinə baxmaqdan imtina edib

Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Hakim Əfqan Hacıyev deyib ki, hazırda təqsirləndirənlərdən Elşən Novruzov barəsində olan başqa bir cinayət işinə onların iştirakı ilə baxılır və o iş də bu cinayət işi ilə əlaqəlidir. Ə. Hacıyev, bu səbəbdən hakim heyətinin özlərinin özlərinə etiraz verdiklərini açıqlayıb.

Etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək, qərardan sonra proses davam etdiriləcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər zaminə buraxılıb.

Mediainfo.az