Cəbhədə iki erməni hərbçi yaralanıb

Cəbhədə iki erməni hərbçi yaralanıb

29 Yanvar 2015 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə xəttində iki erməni hərbçi yaralanıb. apa-nın Ermənistanın "razm.info" hərbi saytına istinadən verdiyi məlumata görə, bu gecə cəbhənin şimalında – Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb.

Sayt yaralıların adlarını da açıqlayıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır.

Faktı Ermənistan MN mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, yanvarın əvvəlindən bu günədək cəbhədə Ermənistan Ordusunun 10-a yaxın hərbçisi öldürülüb, 8-ə nəfər yaralanıb. Həmçinin bu gün cəbhə xəttində Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparan Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatı vurulub.

Mediainfo.az