Avtobus sürücüsünə 8 il iş verildi

Avtobus sürücüsünə 8 il iş verildi

29 Yanvar 2015 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törədən Qax rayon sakini Sərxan Eyvazlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sərxan Eyvazlı 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il oktyabrın 23-də Nərimanov rayonunda baş verib. Şəhər sakini Asəf Şirinov ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Daewoo" markalı, 82 saylı xətt avtobusunun sürücüsü Sərxan Eyvazlı həbs edilib.

Mediainfo.az