Xarici vətəndaşı qarət edənlərə hökm oxundu

Xarici vətəndaşı qarət edənlərə hökm oxundu

29 Yanvar 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşa qarşı soyğunçuluqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Kamran Aslanov və 1993-cü il təvəllüdlü Qabil Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Baş Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində xarici vətəndaşlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətmiş Bakı şəhər sakinləri Kamran Aslanov və Qabil Cəfərov tutulublar.

Onlar 2014-cü il martın 13-də Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşı Robert Hugesə qarşı quldurluq cinayəti həyata keçiriblər. Gənclər xarici vətəndaşı yerə yıxıblar və onun 1 ədəd qızıl üzüyünü, 1 ədəd qol saatını, 2 ədəd mobil telefonunu zorla əlindən alıblar.

İstintaq araşdırmaları ilə daha sonra müəyyən edilib ki, təqsirləndirilən şəxslər şəxslər 2014-cü ili martın 8-də Andrey Sorokinə qarşı da quldurluq ediblər. Onlar gecə saatlarında Andrey Sorokini döyərək 500 manat pulunu, mobil telefonunu və digər qiymətli əşyalarını zorla əlindən alıblar.

Hakim Rauf Əliyevin sədrliyin ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kamran Aslanovun 8 il 6 ay, Kamram Cəfərov isə 9 il müddətə azadlıqdan məhrum edilib.

İnarə