Politoloq Zəfər Quliyev vəfat edib

Politoloq Zəfər Quliyev vəfat edib

29 Yanvar 2015 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış politoloq, "El" Hərəkatının Təşkilat Komitəsinin üzvü Zəfər Quliyev 62 yaşında vəfat edib. Bu barədə APA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru, mərhumun yaxın dostu Rauf Arifoğlu məlumat verib.

R. Arifoğlu bildirib ki, Z. Quliyev səhhəti ilə əlaqədar əməliyyat olunmaq üçün Gürcüstana yola salınmışdı: "Tiflisdə həkimlər ona əməliyyatın riskli olduğunu bildirərək Bakıya dönməyi tövsiyə ediblər. Mən dünən özü ilə əlaqə saxladım və bu əməliyyata girməsini tövsiyə etdim. Bu barədə özü qərar verməli idi. Ancaq o, bu gün səhər ürək damarlarının tıxanması səbəbindən dünyasını dəyişib..."

Allah rəhmət eləsin!

Mediainfo.az