Mart ayında hansı günlər qeyri-iş günü hesab olunacaq?

Mart ayında hansı günlər qeyri-iş günü hesab olunacaq?

29 Yanvar 2015 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq.
Martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək. Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Mediainfo.az