Avtomobildən pul oğurlayan yaxalandı

Avtomobildən pul oğurlayan yaxalandı

28 Yanvar 2015 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda avtomobildən oğurluq edən həbs edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü İsfəndiyar Teymurov tutulub.

İsfəndiyar Teymurov ötən ilin oktyabrın 23-də Ramana qəsəbə sakini Səbuhi Şükürova məxsus "Mercedes" markalı avtomobildən 271 manat və 280 ABŞ dolları oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az