Vaqif Səmədoğlu sabah I Fəxri xiyabanda dəfn olunacaq

Vaqif Səmədoğlu sabah I Fəxri xiyabanda dəfn olunacaq

28 Yanvar 2015 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib. Mərasim saat 14.00-da başlanacaq. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu bu gün səhər saatlarında vəfat edib.

V.Səmədoğlu uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasındatəhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilib. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru olub (1992-1994). 2000-2005-ci illərdə Azərbaycanın Milli Məclisinin üzvü olub.

Mediainfo.az