Sabah hava yağıntısız olacaq, 11 dərəcə istilik gözlənilir

Sabah hava yağıntısız olacaq, 11 dərəcə istilik gözlənilir

28 Yanvar 2015 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah hava yağmursuz olacaq. Cənub-qərb küləyi gündüz günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Mediainfo.az