İŞİD dinc sakinlərə hücum edib

İŞİD dinc sakinlərə hücum edib

28 Yanvar 2015 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terrorçuları İraqın Mosul şəhərində 30 dinc sakini girov götürüb. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri "İraqi News" agentliyi yayıb.

Xəbər verilir ki, yaraqlılar şəhər sakinlərinin kürdlərin hərbi birləşməsi olan Peşmərgə ilə əlaqələrinin olduğundan şübhələnərək onlara hücum edib.

30 nəfərin qaçırılması isə Al-Raşidiyə rayonunda baş verib. Ələ keçirilmiş mülki şəxslər naməlum istiqamətə aparılıblar.

Bundan əvvəl xəbər verilmişdi ki, kürd qoşunları əvvəlcə İŞİD-in əlində olan Kobani şəhərinin nəzarətini öz üzərinə götürüb.

Mediainfo.az