Həbsxanaya göndərilən məhkumdan narkotik tapıldı

Həbsxanaya göndərilən məhkumdan narkotik tapıldı

27 Yanvar 2015 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasına etap olunan təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar edilib.

Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına etapla daxil olan Həsrət Hacıqulu oğlu Səmədzadənin üzərinə baxış keçirilib.

Keçirilən baxış zamanı onun əynindəki qış gödəkcəsinin cibində gizlətdiyi "West" siqarət qutusunun içərisində olan 9 ədəd siqaretə doldurulmuş, xalis ümumi çəkisi 3.02 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Həsrət Səmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələrinə əsasən təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Mediainfo.az