Evdə güclü partlayış

Evdə güclü partlayış

27 Yanvar 2015 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda mənzildə partlayış baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, yanvarın 26-da saat 13 radələrində F.Əhmədov küçəsində yaşayan Mədinə Əliyevanın mənzilində təbii qazın sızmasından yanğına keçən partlayış olub. Nəticədə pəncərə şüşələri sınıb, 24 kv m. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Partlayış zamanı M.Əliyeva və əri Ərəstun Əliyev xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az