Sabiq deputatın oğlu: “Maşının indiki sahibi ilə heç tanış da deyiləm”

Sabiq deputatın oğlu: “Maşının indiki sahibi ilə heç tanış da deyiləm”

27 Yanvar 2015 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Faktla bağlı araşdırmalar aparılır

"Mən maşınımı hələ bir neçə il əvvəl baş etibarnamə ilə satmışam. Həmin maşının indiki sahibi ilə hətta heç tanış da deyiləm.

Bundan əlavə, mən heç Bakıda da yaşamıram. Bütün Azərbaycan bilir ki, bizim ailə həmişə Balakəndə yaşayıb. İndi də orada yaşayır. Mənim Bakının Xətai rayonunda qarajım da yoxdur". Məlumata görə, bu sözləri virtualaz.org-a açıqlamasında məşhur siyasi xadim, mərhum deputat Əli Ansuxskinin oğlu Əbdülqadir Ansuxski deyib.

Məlumata görə, yanvarın 26-da Xətai rayonundakı qarajda iki nəfərin meyitinin tapıldığı avtomobillə bağlı dərhal araşdırmalar aparılıb. Xətai rayon Polis İdarəsinin əməliyyatçıları avtomobilin sənədləri əsasında "Mercedes" markalı 10 TN 786 nömrə nişanlı avtomobilin Balakən rayon sakini, Ansuxski Abdulqədir Əli oğluna olmasını müəyyən edib və hadisə ilə bağlı bütün rəsmi sənədlərə olayın baş verdiyi avtomobilin sahibi kimi onun adı qeyd edilib.

İstintaqın gedişində A.Ansuxski avtomobilinin sənədləri ilə birlikdə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda avtomobilin etibarnamə ilə satılması geniş vüsət alıb. Bu kimi alış-verişlərin sonradan hansı problemlər yaratması barədə çoxsaylı nümunələr mövcuddur.

Mediainfo.az