Rektor vəzifəsindən azad olunub

Rektor vəzifəsindən azad olunub

27 Yanvar 2015 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib.

Azərbaycan Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetdə rektor dəyişikliyi dünən baş verib.

Səhhətində problemlər olan ali məktəbin rektoru Eldar Qəhrəmanov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Fərid Əhmədov təyin edilib. Yeni rektor artıq kollektivə təqdim olunub.

Keçmiş rektor Eldar Qəhrəmanov isə ali məktəbdə fəaliyyətini davam etdirəcək və əvvəlki vəzifəsində - İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq.

Mediainfo.az