Qanunsuz silahlar götürülüb

Qanunsuz silahlar götürülüb

27 Yanvar 2015 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan rayonunun Xilmilli kəndində ov zamanı tüfənglə ehtiyatsız davranılması nəticəsində bir nəfər xəsarət alıb.

DİN saytı xəbər verir ki, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranan İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib və nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ş.İsayevdən "Vursan" markalı, İ.Yusifovdan "Churchill" markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Mediainfo.az