Facebook və İnstaqramda problemlər yaranıb

Facebook və İnstaqramda problemlər yaranıb

27 Yanvar 2015 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı vaxtı ilə 10:30 radələrindən etibarən Facebook və İnstaqram sosial şəbəkələrində ciddi problemlər müşahidə olunub. Problemin səbəbi hələlik məlum deyil. Yalnız sosial şəbəkələrə daxil olarkən "problem qısa vaxt ərzində həllini tapacaq" tipli xəbərdarlıqla rastlaşmaq olar. Qeyd edək ki, analoji problem dünyanın bir çox ölkələrində müşahidə olunub.Problem saat Bakı vaxtı ilə 11:10 radələrində aradan qaldırılıb.

Xatırladaq ki, buna bənzər problem ilə "Facebook" sonuncu dəfə 2014-cü ilin iyunun 19-da üzləşib. Həmin dövrdə şəbəkədə 30 dəqiqəlik problem ""Facebook"a 500 min dollarlıq ziyan vurub.

Dünyanın ən böyük sosial şəbəkələrindən birik olan ""Facebook"un 1,35 mlrd. istifadəçisi var.

Mediainfo.az