
28 iyuna olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq. Bakıda gecə 22-24, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar
Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə
16-21° isti, gündüz 32-37° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, Daşkəsən-Gədəbəy zonasında gün ərzində havanın əsasən yağmursuz
keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə
11-16° isti, gündüz 23-28° isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər - Ağdam - Ağcabədi - Füzuli - Cəbrayıl rayonlarında gün
ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq
ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı
var. Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti təşkil
edəcək.
Balakən - Zaqatala - Qax - Şəki - Oğuz - Qəbələ, İsmayıllı - Şamaxı - Ağsu - Xızı,
Siyəzən, Şabran, Quba - Qusar - Xaçmaz rayonlarında gün ərzində havanın
əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Havanın temperaturu
gecə 14-19° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti,
gündüz 20-25° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava
əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz
30-35° isti təşkil edəcək.
Masallı - Lənkəran - Astara - Lerik, Yardımlı rayonlarında hava əsasən
yağmursuz keçəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti təşkil edəcək,
dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaq.
Havanın necə olmağına baxmayaraq, hamınıza gün boyu aydın səma, parlaq günəş arzu edirik...
Günel Həbib
O.M.