
Səfir başsağlığı verib
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun təmas xəttində baş verən atışma zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib.
Apa-nın məlumatına görə, bu barədə səfir özünün "Tvitter " səhifəsində yazıb.
"Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, Müdafiə Nazirliyi son döyüşlərdə Azərbaycan Ordusunun üç hərbçisinin şəhid olduğunu açıqlayıb.
Mediainfo.az
Digər xəbərlər