İmişlidə ölümlə nəticələnən qəza

İmişlidə ölümlə nəticələnən qəza

26 Yanvar 2015 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.İmişli RPŞ-ən verilən məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının 84-cü kilometrliyində qeydə alınıb.

Rayonun Qürbəli kəndi ərazisində Sumqayıt şəhər sakini, Mürsəlli kəndində müvəqqəti yaşayan, 1968-ci il təvəllüdlü Soltanov Sahib Müğdət oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb. Hazırda avtomobilin və sürücünün axtarışları davam etdirilir.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az