20 manata 6 il

20 manata 6 il

26 Yanvar 2015 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq etməkdə təqsirli bilinən Ədalət Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Ədalət Əsgərov tutulub. O, ötən ilin iyulun 1-də Şərif Zülfüqarovun 20 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda təqsirli bilinir.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ədalət Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az