Ehtiyatsızlıqdan adam güllələnib

Ehtiyatsızlıqdan adam güllələnib

26 Yanvar 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustanda ov zamanı bədbəxt hadisə baş verib. Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranan İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ş.İsayevdən "Vursan" markalı, İ.Yusifovdan "Churchill" markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Mediainfo.az