Polis şöbələrində monitorinq

Polis şöbələrində monitorinq

26 Yanvar 2015 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçisi Rövşən Məmmədovla birlikdə Biləsuvar və Cəlilabad rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı qeyri-insani rəftar və yaxud işgəncə faktı ilə bağlı onlara müraciət edən olmayıb: "Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bəzi xırda nöqsanları nəzərə almasaq, hər şey qaydasındadır. Hər hansı neqativ halla qarşılaşmadıq" .

Mediainfo.az