"Lider Tv"nin prezidentinin oğlu Əminə Yusifqızının nəvəsi ilə evləndi -FOTO

"Lider Tv"nin prezidentinin oğlu Əminə Yusifqızının nəvəsi ilə evləndi -FOTO

26 Yanvar 2015 12:33
1 027
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 24-də xalq rəssamı Hüseyn Əliyevin nəvəsi, Lider TV və RadioAzərbaycan MMC-nin prezidenti Ədalət Əliyevin oğlu Ayxanın toy mərasimi keçirilib.

Lider Jazz 107 FM-in baş prodüseri vəzifəsində çalışan Ayxan sevib seçdiyi Leyla adlı xanımla ailə həyatı qurub. Mərasimdə Azərbaycanın bir çox dövlət məmurları və populyar müğənnilər iştirak ediblər. Nikah mərasimi üçün xaricdən çoxlu sayda nadir güllər, eləcə də dekor aksessuarları gətirilib.

Ədalət Əliyevin Ayxan və Aliyə adlı 2 övladı var.

Yayılan məlumata görə, Leyla xanım Əminə Yusifqızının nəvəsidir.

Mediainfo.az